Beynəlxalq Mühasibat Uçotu Standartları və Azərbaycan

Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin Menecment bölməsi və Sosial-İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə 15 mart 2012-ci il tarixində, “Beynəlxalq Mühasibat Uçotu Standartları və Azərbaycan” mövzusunda panel keçirilmişdir. Paneldə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot Siyasəti şöbəsinin müdiri Elxan Cəfərov və Qafqaz Universitetinin Menecment bölməsinin müdiri Firudin Sultanov məruzə ilə çıxış etmişdirlər.

Elxan Cəfərov çıxışında Beynəlxalq Mühasibat Uçotu Standartları, Milli Mühasibat Uçotu Standartlarının (MMUS) tətbiqi, ali təhsil müəsisələrində sözügedən milli standarların tədrisi və bu prosesin həyata keçirilməsində yaranan problemlərlə bağlı ətraflı məlumat vermişdir. Dr. Firudin Sultanov isə öz çıxışında muhasibatlığın günümüzə qədər olan inkişaf prosesi, ölkə qanunvericiliyindəki yeri və tədrisinə diqqəti çəkərək mövzunu işıqlandırmışdır. 
Rəhbərlik etdiyi bölmənin gördüyü işlərdən danışan F.Sultanovun onu da bildirmişdir ki, növbəti tədris ilindən etibarən Qafqaz universitetində ingilis dilində təhsil verecək Muhasibatlıq və Audit bölməsi fəaliyyətə başlayacaqdır. Bir saat davam edən paneldə  universitetin İqtisadiyyat və İdarəetmə fakultəsinin tələbə və müəllimləri iştirak etmişdir. 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde