Canaqqala - bütün Türk dünyasının zəfəri
16 March, 2012,
Dünya
hərb tarixində öz əzəməti, dəst xətti ilə tanınan Çanaqqala Zəfəri
təkcə Türkiyədə deyil, həmçinin canı canından, qanı qanından olan
Azərbaycan və bir çox Türk dövlətlərində də anılır. Bu münasibətlə
Qafqaz Universitetində keçirilmiş tədbirdə Türkün əyilməzliyi,. Vətən,
torpaq, və bayrağın müqəddəs olması xüsusilə vurğulandı. Bu zəfər
dünyaya sübut etdi ki, Türk insanının vətənə bağlılığı, sevgisi
əbədidir, sarsılmazdır.

Tədbir
Azərbaycan və Türkiyə Cumhuriyyətinin Dövlət Himni və İstiqlal marşının
səsləndirilməsi ilə başlandı. Sonra Çanaqqala şəhidlərinin ruhu bir
dəqiqəlik sükutla yad edildi. Bakı Böyük Elçiliyi Mədədiyyət və Turizm
müşaviri Seyid Əhməd Aslan çıxışında təpədən dırnağadək o dövrün ən
müasir silahları ilə silahlanmış İngilis-Fransız hərbi dəniz qüvvələrinə
qarşı rəşadətlə sinə gərmiş Türk əsgərlərinin qəhramanlığından,
düşmənlərin məkrli niyyətlərindən əl çəkməmələrindən ətraflı danışaraq,
bu döyüşdə 3000 qədər könüllü azərbaycanlı əsgərlərin türk əsgərləri ilə
çiyin çiyinə vuruşduqlarını və Türkiyəni ana vətən bilərək orada şəhid
olduqlarını, o dövrdə Türkiyə tərəfinə maddi və mənəvi dəstəyin
göstərildiyini qeyd etdi və Türkiyə-Azərbaycan dostluğu-qardaşlığının
sarsılmaz olduğunu vurğuladı.
Tədbir Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında Canaqqala zəfərinə həsr olunan nəğmələrlə yekunlaşdı.
Tədbir Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında Canaqqala zəfərinə həsr olunan nəğmələrlə yekunlaşdı.
