Beynəlxalq konfrans “Kibernetika və informatika problemləri” mövzusuna həsr olunacaqdır

Bakı, 26 mart (AzərTAc). Bu il sentyabrın 12-dən 14-dək Bakıda “Kibernetika və informatika problemləri” mövzusunda IV Beynəlxalq konfrans keçiriləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc-a bildirmişlər ki, tədbirin təşkilatçıları AMEA, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, “Abdus Salam” Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA-nın Kibernetika və İnformasiya Texnologiyaları institutları, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutudur.
İnformasiya -kommunikasiya texnologiyaları, intellektual texnologiyalar, sistemlər, seysmik cihazlar, sistemlər və texnologiyalar, modelləşdirmə, identifikasiya, ədədi üsullar, hesablama texnologiyaları, tətbiqi stoxastik analiz, idarəetmə və optimallaşdırma, sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi konfransın əsas elmi istiqamətlərindən olacaqdır.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək beynəlxalq konfransda ABŞ, Rusiya, Almaniya, İtaliya və digər ölkələrdən aparıcı alim və mütəxəssislər iştirak edəcəklər. 
http://www.azertag.com/node/931646

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür