Kibernetika və informatika problemləri Bakıda müzakirə olunacaq
Sentyabrın 12-14 –də Bakıda “Kibernetika və informatika problemləri”
(PCI’2012) IV Beynəlxalq konfrans keçiriləcək. “Olaylar”ın ictnews
elektron xəbər xidmətinə istinadən verdiyi məlumata görə, tədbirin
təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, “Abdus Salam”
Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA Kibernetika İnstitutu, AMEA
İnformasiya Texnologiyaları İnstitutu, Milli Aviasiya Akademiyası, Bakı
Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan
Texniki Universiteti, Qafqaz Universiteti və BDU-nun Tətbiqi Riyaziyyat
İnstitutudur. İnformasiya və kommunikasiya texnologiyaları, intellektual
texnologiyalar və sistemlər, seysmik cihazlar, sistemlər və
texnologiyalar, modelləşdirmə və identifikasiya, ədədi üsullar və
hesablama texnologiyaları, tətbiqi stoxastik analiz, idarəetmə və
optimallaşdırma, sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi
tədbirin əsas elmi istiqamətlərindəndir. AMEA İnformasiya
Texnologiyaları İnstitutunda keçiriləcək konfransda ABŞ, Rusiya,
Almaniya, İtaliya və digər ölkələrdən olan aparıcı alim və mütəxəssislər
iştirak edəcək.
http://www.olaylar.az/haber/kibernetika_problemleri_aze.html
http://www.olaylar.az/haber/kibernetika_problemleri_aze.html
