“Dədə Qorqud” Özəl Türk Liseyində Beynəlxalq Qadınlar Günü
“Dədə Qorqud” Özəl Türk Liseyində 8 Mart Beynəlxalq Qadınlar Günü
münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə liseyin müdiri Turan
Güneri çıxış edərək xanımları təbrik edib. Onlara ailə səadəti
arzulayıb. Sonra bayram şənliyində iştirak edən “Çağ” Öyrətim
İşlətmələri Şirkətinin müşaviri Nazim Əkbərov çıxış edərək “Ananın
ailədəki yeri dəyəri” mövzusunda ətraflı söhbət açmış və hər bir
azərbaycanlı ailəsində əvəzsiz yeri olan xanımları Beynəlxalq Qadınlar
Günü münasibətilə təbrik edib. Sonra şagirdlər anaya həsr edilmiş
şeirlər söyləyiblər və mahnılar oxuyublar.


