Türkiyənin Koç Universitetinin nümayəndələri Qafqaz Universitetində olmuşlar

Bakı, 9 mart (AzərTAc). Türkiyənin Koç Univesitetinin beynəlxalq əlaqələr departamentinin əməkdaşları Qafqaz Universitetində olmuşlar.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki universitet arasında əməkdaşlıq prinsiplərinə uyğun elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətin yerinə yetirilməsi ilə bağlı razılıq əldə olunmuşdur. 
Mövcud Protokola əsasən, hər iki ali təhsil müəssisəsi tərkibindəki fakültə, kafedra və professor-müəllim heyəti arasında birbaşa əlaqə və əməkdaşlıq yaratmaq üçün onları dəstəkləyəcəklər.
Sonra Koç Universiteti nümayəndələrinin tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbə mübadiləsi haqqında məlumat verilmiş, suallar cavablandırılmışdır.
http://azertag.com/node/926737

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde