Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək

  Bu il Türkiyədə fəaliyyət göstərən ən böyük ictimai təsisatlardan olan “Türk Ocaqları” Dərnəyinin yaranmasının 100 ili tamam olur. Lent.az-ın verdiyi məlumata görə, “Türk Ocaqları” Dərnəyinin rəhbərliyi bu qurumun yaradıcıları arasında Azərbaycan əsilli ziyalıların da olduğunu, bu təsisatın yalnız Türkiyənin deyil, bütün Türk Dünyasının, o cümlədən Azərbaycanın maraqlarının ifadəçisi kimi çıxış etdiyini nəzərə alaraq, əlamətdar yubileyin Azərbaycanda da qeyd olunması təklifi ilə respublikamızın müvafiq dövlət və ictimai qurumlarına müraciət ediblər.
Bu müraciətə müsbət yanaşan Azərbaycan Atatürk Mərkəzi “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, Qafqaz Universiteti və Azərbaycan-Türkiyə İşadamları Birliyinin (ATİB) təşkilatçılığı ilə 13-16 mart tarixində Bakı şəhərində “Türk Ocaqları”nın 100 illiyi: Türk Dünyasının dünəni, bü günü, sabahı” adlı elmi-praktik konfranslar keçirəcək. Yubiley münasibəti ilə Azərbaycana Türkiyədən nümayəndə heyəti gələcək. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın başçılıq etdiyi nümayəndə heyətinə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünüvar, Xaricdə Yaşayan Türklərlə İş üzrə Nazirliyin idarə rəisi Kamal Yurtnaç, İstanbul Universitetinin prorektoru Əhməd Cavad Acar, “Türk Ocaqları” Dənəyinin İstanbul şöbəsinin başqanı Cezmi Bayram, Dərnəyin İdarə Heyəti üzvləri Şərafəddin Yılmaz, Əhməd İyioldu, Bəkir Çelik, KOCAV (Kültür Ocağı Vəqfi) başqanı Əli Ürey, Bağcılar Bələdiyyəsinin başqan müavini Yavuz Subaşı, habelə məruzəçi olarq dəvət olunmuş alimlər – Üfüq Özcan, Nəsrin Sarıəhmədoğlu, İsmail Türkoğlu, eləcə də tanınmış KİV təmsilçiləri – Seyfullah Türksoy, Həsən Yavaş, Əkrəm Kaftan, Özcan Ünlü, İbrahim Zahit Altay və Xeyrəddin Turan daxildir.
Yubiley mərasimi martın 13-də Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakıdakı Türk Şəhidliyini ziyarətlə başlayacaq. “Türk Ocaqları”nın 100 illiyi şərəfinə düzənlnən “Türk Ocaqları”nın 100 illiyi: Türk Dünyasının dünəni, bü günü, sabahı” adlı konfrans 13 martda Azərbaycanda Atatürk Mərkəzində başlayacaq. Konfransda açılış çıxışlarından sonra Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Ziya Göyalp oturumları gerçəkləşdiriləcək. Konfransın ikinci günü Qafqaz Universitetində keçiriləcək. Konfrans Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Ziya Göyalp, İsmayıl Bəy Qaspiralı, Hüseyn Cavid, Zəki Vəlidi Toğan, Yusuf Akçura başlıqlı 7 oturumla gerçəkləşdiriləcək.
Qeyd edək ki, nümayəndə heyətinin respublikamızın dövlət, hökumət rəsmiləri, Milli Məclis rəhbərliyi, habelə bir sıra ictimai təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

http://www.lent.az/xeber_88707_%E2%80%9CT%C3%BCrk_Ocaqlar%C4%B1%E2%80%9Dn%C4%B1n_100_illiyi_Az%C9%99rbaycanda_qeyd_edil%C9%99c%C9%99k

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde