Sevinc Osmanqızı mükafatlandırıldı:Jurnalist bir gündə iki mükafat alıb



8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində ANS-in Cari Xəbərlər Redaksiyasının Baş Redaktoru, “Açıq söhbət” teledebatının aparıcısı Sevinc Osmanqızı mükafatlandırılıb. ANS PRESS-in məlumatına görə, Beynəlxalq Diaspora Mərkəzi jurnalistə “Milli vətənpərvəlik ruhunun təbliğində göstərdiyi xidmətlərə görə” mükafatını təqdim edib.

Xatırladaq ki, jurnalist 20 noyabr vertolyot faciəsinin araşdırılmasına həsr olunan “Sülh missiyası” və “Sülh missiyası-2”, habelə 20 yanvar faciəsindən bəhs edən “Qara Yanvar, qırmızı qərənfillər” sənədli filmlərinin müəllifidir.

Elə həmin gün Qafqaz Universiteti də ANS jurnalistini beynəlxalq bayram münasibətilə təsis etdiyi mükafata layiq görüb.

Həmkarımızı təbrik edirik! 
 
 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde