“Dədə Qorqud” Özəl Türk Liseyində tarix fənni üzrə liseylərarası yarış keçirilib

“Dədə Qorqud” Özəl Türk Liseyində “Çağ” Öyrətim İşlətmələrinin 20
illiyinə həsr edilmiş “keçmişini unutma, o gələcəyin aynasıdır” adlı
tarix fənni üzrə liseylərarası bilik yarışı keçirilib. Bu yarışında
liseylərdən 10 komanda iştirak edib. Tədbiri liseyin müdiri Turan
Güneri açıq elan edərək yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra
yarışın keçirilməsinin məqsədi və əhəmiyyəti barədə məlumat verib, eləcə
də belə bilik yarışlarının şagirdlərin tarix fənninə olan marağını
artırmaqla bərabər dünya və Azərbaycan tarixi haqqında olan biliklərinin
daha da artirılmasında xüsusi rol oynayacağını bildirib.
Bu bilik yarışında iştirak edən komandalardan Lənkəran Özəl Türk
Liseyinin komandası I, Ağdaş Özəl Türk Liseyinin komandası II, Sumqayıt
Özəl Türk Liseyinin komandası isə III yerə layiq görülüblər. Qalib
liseylərin komandaları sertifikatlarla mükafatlandırılıb.
