Cəlilabad İcra Hakimiyyətinin Başçısı ilə görüş




Lənkəran Özəl Türk Liseyinin müdiri Rüfət Əliyev və Lənkəran “Araz” Kurslarının müdiri Musa Şükürov Cəlilabad  Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovla görüşüblər. Görüş zamanı tədris müəssisələrinin rəhbərləri təhsildə əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Onlar Tələbə Qəbul üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda şagirdlərinin yüksək bal toplamalarından, respublika və beynəlxalq olimpiadalarda Azərbaycanımızın bayrağını ucaltmaqlarından, şagirdlərinin dünyanın bir çox ali təhsil müəssisələrində təhsillərini uğurla davam etdirmələrindən danışıblar, lisey və kurslarda təhsilin keyfiyyətinin daha da yüksəldilməsi üçün ən müasir texnologiyaların tətbiq olunmasından söhbət açıblar. Sonra İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov Cəlilabad rayonun sosial-iqtisadi inkişafı istiqamətində hə yata keçirilən tədbirlər və aparılan abadlıq-quruculuq işləri eləcə də bir çox təhsil ocaqlarının əsaslı təmir olunması və yenidən qurulması barədə məlumat verib. Lənkəran Özəl Türk Liseyinin və “Araz” kurslarının fəaliyyətini yüksək qiymətləndirən Ə. Əzizov onlara təhsildə uğurlar arzulayıb.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/511-clilabad-icra-hakimiyytinin-bascs-il-goerues.html

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde