Beynəlxalq Qadınlar Günü münasibətilə “Şəfqət abidəsi ana!” adlı bayram şənliyi keçirilib

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə gimnaziyanın müəllim və şagird kollektivinin birgə təşəbbüsü ilə “Şəfqət abidəsi ana!” adlı bayram şənliyi keçirilib. 
 Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arıf Gömleksiz 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib. Sonra gimnaziyanın şagirdləri hazırladıqları mahnılar oxuyublar və şeirlər səsləndiriblər. 
Daha sonra tədbirdə iştirak edən “Eurovision-2011”in seçimi Eldar Qasımov yeni hazırlanmış “Birlikdə nəhayətdə” mahnısını ifa edib. E. Qasımova xatirə hədiyyəsi təqdim olunub. Tədbirdə “Xəzər” televiziyasının əməkdaşları Anar Nəcəfli və Səbuhi Yusifli də çıxış edərək bayram şənliyində iştirak edən xanımları təbrik ediblər. 
Sonra hər il ənənəvi olaraq xanımların əl bacarıqlarını və şeir yazmaq qabiliyyətlərini nümayiş etdirmək məqsədilə keçirilən müsabiqəsinin mükafatlandırılma mərasimi başlayıb. Mükafatları Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavinləri Ayhan Sipahi və Murat Topçu təqdim ediblər. Bayram şənliyi gimnaziyanın “Muğam” və “Təbəssüm” rəqs qrupları maraqlı konsert proqramları ilə çıxış ediblər.








Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde