“Azərsun Holding” MMC-nin Sumqayıt Yağ Zavodu Kimya müəllimliyi ixtisasının tələbələrini qəbul etdi
Şirkət
gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin sənaye müəssisələri
ilə tanış olması və dərs zamanı yiyələndikləri
biliklərinin praktikasının canlı şahidi olmasını təmin etmək idi.
Gündəlik istifadə etdikləri yağ məhsullarının istehsalının canlı şahidi
olan tələbələrimiz şirkət gəzintisindən məmnun qaldılar.
Şirkət
nümayəndələri öz növbəsində tələbələrimizi şirkətlə yaxından tanış
etdilər və belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet
arasında mövcud əlaqələrin dahada möhkəmlənəcəyini vurğuladılar.