Dünya yaddaş çempionu Melik Duyar Qafqaz Universitetində seminar verib
Melik Duyar haqqında qısaca məlumat:
Fotoqrafik yaddaş dünya çempionu və eyni zamanda “Türkiyə Zehni Riyaziyyat, Hafizə və
Fotoqrafik sürətli oxuma çempionatlarının (Memoriad) da banisidir.
• 1980-ci illərdə Orta Doğu Teknik Universiteti İnşaat mühəndisliyi fakültəsindən məzun olmuş,
magistr işini tamamlamış və maşınqayırma ixtisası üzrə fərq dərsləri də almışdır.
• 1980-ci ildə Malaziya hökümətindən aldığı təqaüdlə Kuala Lumpur İNTAN institutunda “İctimai
İdarəetmə” sahəsində çalışmışdır.
• 1988-89-cu illərdə ABŞ-dan aldığı Humphrey təqüdü ilə Minneosta Universitetində iqtisadiyyat
sahəsində Magistratura görmüş və həmçinin “Liderlik təlimi” keçmişdir.
• 1994-cü ildə “Fotoqrafik Hafizə” bölümündə dünya çempionu olaraq qızıl medal, “Oyun kartlarının
izlənilməsi”, “Qarışıq məlumatların izlənilməsi” mövzusunda dünya üçüncüsü olaraq iki ədə bürünc
medal qazanmış və “Rəqəmlərin izlənilməsi” ində də dünya dördüncüsü olmuşdur
• 1994-95-ci illərdə Avropa cəmiyyəti tərəfindən verilən Jean Monnet təqüdü ilə İngiltərədə Exeter
Universitetində “Avropa cəmiyyəti iqtisadiyyatı” sahəsində bir başqa magistr çalışmasını da
bitirmişdir.
• Milli Təhlükəsizlik Təşkilatında, Hərb Akademiyasında və polis Akademiyasında “Ad və Üz
yaddaşı”, “Beyindən effektiv istifadə” və “Yaradıcı düşünmə metodları” dərsləri də verməkdədir.