Türkiyənin Azərbaycandakı səfirinin baş müşaviri “Çağ”da olub

 “Çağ” Öyrətim İşlətmələri idarə heyətinin sədri dr. Enver Özerenlə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirinin ticarət üzrə baş müşaviri Gazi Bilginin görüşü olub. 

Qonaq səlahiyyət müddətinin başa çatmasından və Azərbaycanda işlədiyi müddətdə iki qardaş ölkə arasında öz sahəsinə uyğun olaraq münasibətlərin daha da genişlənməsindəki fəaliyyətindən, Azərbaycana olan sevgi və dost münasibətlərindən danışıb. Doğma Azərbaycanı heç vaxt unutmayacağını və vaxt olduqca bu ölkəyə bir daha gələcəyini deyib. 

Dr. Enver Özeren bu görüşdən məmnun olduğunu və tədris müəssisələrinin təhsildə əldə etdiyi nailiyyətlərdən söhbət açıb. Qonağa gələcək işlərində uğurlar arzulayıb.

Görüşdə “Qafqaz” Universitetinin rektoru, professor Ahmet Saniçdə iştirak edib. 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.