Qafqaz Universitetinin TEMPUS Proqramı çərşivəsində ən böyük layihəsi
C.Bulud həmçinin qeyd etdi ki, layihənin yekununda Azərbaycanın
müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri
fəaliyyətə başlayacaqdır. Onun sözlərinə görə, bu, Qafqaz
Universitetinin TEMPUS proqramı çərçivəsində əldə etdiyi ən böüyk
layihədir. Ancaq bundan başqa Qafqaz Universiteti 2008-ci ildən Avropa
Birliyinin bir çox layihələrində də iştirak etməkdədir. Hazırda bu
layihələrin sayı 6-dır və bu layihələr universitetin beynəlxalq
ictiamiyyətdə tanınmasında və dünya təcrübsinin Azərbaycana
gətirilməsində əhəmiyyət kəsb edir.
Qeyd edək ki, tədbir iki gün davam edəcək.