Qafqaz Universitetində “Təhsilimizin ulduzları” adlı tədbir keçirilmişdir
Bakı, 20 oktyabr (AzərTAc). Oktyabrın 20-də Qafqaz Universitetində
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi, Azərbaycan
Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr
edilmiş, həmçinin 2012-2013-cü dərs ilinin başlanması ilə əlaqədar
“Təhsilimizin ulduzları” adlı tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli
Məclisin deputatlarının, alimlərin, təhsil işçilərinin, şagird və
tələbələrin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov,
Türkiyənin Bakıdakı səfiri İsmail Alper Coşkun, “Çağ” Öyrətim
İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən, Qafqaz
Universitetinin rektoru, professor Əhməd Saniç çıxış etmişlər.
Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının 2012-ci il
məzunlarının ali məktəblərə qəbulu ilə bağlı məlumatlar verilmiş, uğur
qazanan məzunlar, təhsildə fərqlənən müvafiq liseylərin şagirdləri,
Qafqaz Universitetinin tələbələri mükafatlandırılmışlar.
http://www.azertag.com/node/1015457