Müəllim və şagirdlər Yanğınsöndürənlərin peşə bayramını təbrik etdi



10 oktyabr Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə işçilərinin peşə bayramı münasibətilə Sumqayıt Özəl Türk Lİseyinin bir qrup müəllim və şagirdləri Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin rəisi Tahir Quliyevlə görüşüblər. 
Qonaqlar əvvəlcə Tahir Quliyevi peşə bayramları münasibətilə təbrik ediblər və onlara bu çətin və həyati vacib işlərində uğurlar diləyiblər. 
Sonra təhsildə əldə etdikləri nailiyyətləri və uğurları barədə məlumat veriblər. 
T. Quliyev onlara göstərilən bu diqqətə görə qonaqlara minnətdarlığını bildirib. Liseyin müəllim və şagird kollektivinə təhsildə uğurlar diləyib.

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.