Birinci kurs tələbələri universitetin sosial həyatı ilə tanış olmuşlar

Bakı, 23 oktyabr (AzərTAc). Qafqaz Universitetində birinci kurs tələbələrinin təhsil müəssisəsinin sosial həyatı ilə tanışlığına həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə bildirilmişdir ki, universitetdə tələbələrin sosial-ictimai, mədəni, fiziki, elmi, tarix və incəsənət təmayüllü maraqlarına uyğun olaraq 18 klub və 4 özfəaliyyət dərnəyi fəaliyyət göstərir. Klublara üzv olan tələbələr hərtərəfli inkişaf edir və özlərini iş həyatına hazırlayırlar.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, tədbirdə özfəaliyyət dərnəkləri və maraq klublarının son beş ildəki fəaliyyətlərinə həsr olunan arxiv materialları əsasında hazırlanmış slayd-şou da nümayiş etdirilmişdir.
Sonra özfəaliyyət kollektivlərinin üzvləri konsert proqramı ilə çıxış etmişlər. 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.