“Qafqaz”da yay məktəbi başa çatdı

Gənc Xəzər Mühəndisləri İctimai Birliyinin (XMİB) universitet tələbələri üçün təşkil etdiyi 4-cü Yay Mühəndislik Məktəbi başa çatıb. Həmişəki kimi, bu dəfə də XMİB Yay Məktəbi Qafqaz Universitetində təşkil olunub.
 Müxtəlif xarici və yerli universitetlərdə təhsil alan 20 tələbənin iştirakı ilə keçirilən tədbirdə yerli və xarici şirkətlərdə çalışan peşəkar mühəndislər tərəfindən informasiya texnologiyaları, neft, kimya mühəndisliyi, liderlik qabiliyyəti və digər mövzularda seminarlar təşkil olunub. Tədbir çərçivəsində müxtəlif komanda oyunları, bilgi yarışmaları, istehsalat müəssisələrinə səyahətlər də keçirilib. 
Qeyd edək ki, XMİB-nin təşkilində əsas məqsəd tələbələrə nəzəri biliklərlə yanaşı, real sənayedə baş verən prosesləri aşılamaq, onların komanda şəklində işləmə qabiliyyətlərini inkişaf etdirmək, tələbə-mühəndis əlaqələrini inkişaf etdirmək, bir sözlə, regionda mühəndisliyin inkişafına öz dəyərli töhfələrini verməkdən ibarətdir. 
Gülər Rəsul 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde