Qafqaz Universiteti ilə “bp-Azərbaycan” şirkəti arasında əməkdaşlıq genişlənir

Bakı, 2 iyul, SalamNews. Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, universitetin bir qrup professor və müəllimi “bp-Azərbaycan” şirkətində olub.
Qafqaz Universitetindən SalamNews-a verilən məlumata görə, görüşdə “”bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir bu şirkət ilə universitet arasındakı yüksək səviyyəli əməkdaşlığın əhəmiyyətindən danışıb.
R.Cavanşir Qafqaz Universitetində təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərin səmərəli olduğunu bildirib.
Dünyanın inkişaf etmiş ölkələrində universitetlər ilə iş dünyasının geniş əlaqələrini xatırladan professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəb ilə “bp-Azərbaycan” şirkəti arasındakı əməkdaşlığın uğurlu olduğunu diqqətə çatdırıb.
Sonra ortaq layihələr və əməkdaşlığın inkişaf perspektivləri ətraflı müzakirə edilib.
http://ru.salamnews.org/az/news/read/147811/qafqaz-universiteti-ile-ldquobp-azerbaycanrdquo-shirketi-arasinda-emekdashliq-genishlenir/

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq