IEMAST Tempus Layihəsi Çərçivəsində Növbəti Təlimlər

28 June, 2012, Avropa İttifaqı tərəfindən dəstəklənən IEMAST Sənaye Ekologiya layihəsi çərçivəsində növbəti təlim İspaniyanın Katalonya Texniki Universitetində baş tutmuşdur. Təlimdə Qafqaz Universitetindən Sənaye Mühəndisliyinin müəllimləri Nail Tahırov və Pərviz Həsənov, Layihələr Ofisinin əməkdaşı Üzeyir Bağırov iştirak etmişlər. Təlimlər yanaşı bir sıra praktiki tədris ərazilərinə və laboratoriyalara gəzinti və təqdimatlar təşkil olunmuşdur. 
Proqrama açılışı İspaniya üzrə layihə kordinatoru Jordi Segalas etmişdir. Sonra layihə iştirakçıları ManresaTənd Təsərüfatı Kafedrasının praktiki təlim ərazilərinə gəzinti təşkil edildi. 
Bunun ardınca Monika Olsson-nun başçılığı ilə Sənaye Ekologiyası Magistr proqramını təşkil edəcək dərslərin tədris nəticələri və tələbələrin əldə edəcəkləri biliklərin Bolonya standartların uyğunlaşdırmaq məqsədilə seminar təşkil edildi.
Növbəti günlərdə Azərbaycanda qurulması planlaşdırılan magistr proqramının tədrisinin effektliyini artırmaq üçün proqram iştirakçılarına  Ətraf mühitin idarə edilməsi və Ekologiya mövzularında təlimlər təşk edildi.
Üzeyir Bağırov

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.