“Qafqaz” universiteti “Neftçi”nin üzvlərini fərqləndirdi
Penalti.az xəbər verir ki, universitetin Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin rəisi Musa Turmuşun “Çempion”a verdiyi məlumata görə, tədbirin əvvəlində tələbələr və professor-müəllim heyəti arasında anketlə sorğu-sual aparılıb. Universitetin tələbələri və professor-müəllim heyətinin rəylərinə əsasən Əsədov və Abdullayev müvafiq olaraq “İlin idman adamı” və “İlin futbolçusu” nominasyasında ən çox səs toplayıblar. Bu münasibətlə tədbirdə Əsədov və Abdullayevə universitetin rektoru professor Ahmet Saniç tərəfindən hədiyyələr və plakatlar təqdim olunub.
Qeyd edək ki, Əsədov və Abdullayev universitetin və Abşeron rayonunun idman idarələri tərəfindən təşkil edilən və Heydər Əliyevin anadan olmasının 88-ci illiyinə həsr olunmuş Abşeron rayonu orta məktəblər arası mini-futbol turnirinin final oyununu canlı izləyiblər və qalibləri mükafatlandırıblar.