TÜRKİYENİN XARİCİ İŞLER NAZİRİ QAFQAZ UNİVERSİTETİNDE OLMUŞDUR
AzerTAc xeber verir ki, ölkemizde seferde olan Türkiyenin xarici işler naziri Eli Babacan dekabrın 1-de Qafqaz Universitetine gelmişdir. Azerbaycanın ve Türkiyenin dövlet himnleri seslenmişdir. Görüşde universitetin rektoru, professor Ehmed Saniç rehberlik etdiyi ali mektebin fealiyyeti, beynelxalq elaqeleri barede etraflı melumat vermişdir. Türkiyenin xarici işler naziri Eli Babacan qardaş ölkelerimizin tarixi birliyinden behs etmiş, ulu önder, görkemli siyasi xadim Heyder Eliyevin “Biz bir millet, iki dövletik” kelamını xatırlatmışdır. Prezident İlham Eliyevin apardığı meqsedyönlü siyasetin uğurlu neticelerini qeyd eden Eli Babacan Azerbaycanın dinamik inkişaf etdiyini diqqete çatdırmışdır. Türkiyenin xarici işler naziri ölkelerimiz arasındakı emekdaşlığın, birge heyata keçirilen irimiqyaslı layihelerin ehemiyyetini vurğulamış, xalqlarımızın nurlu geleceyine inandığını söylemişdir. Müasir dünyada geden siyasi proseslerden danışan qonaq, Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesine toxunaraq, Türkiyenin Azerbaycan xalqının haqq işini daim desteklediyini vurğulamışdır. Görüşde Eli Babacana xatire hediyyeleri teqdim olunmuşdur. Tedbirde Türkiyenin Azerbaycandakı sefiri Hulusi Kılıç iştirak etmişdir.
http://www.azertag.com/
http://www.azertag.com/