Universitet-iş dünyası əməkdaşlığının və bilik olimpiadalarının iqtisadi əhəmiyyəti

Elmi olimpiadaların iqtisadi önəmi
Bir ölkənin iqtisadi yöndən inkişaf etməsi və bu inkişafın müntəzəmliliyini qoruya bilməsi, eləcə də dünya bazarında rəqabətə dözümlülüyü üçün təhsilin “ibtidai” və “orta” mərhələlərində gerçəkləşdirilən fənn olimpiadaları da xüsusi əhəmiyyətə malikdir. Bu, həm də universitet-iş dünyası əməkdaşlığına zəmin hazırlayır. Belə olimpiadaların iqtisadiyyata göstərdiyi müsbət təsirə gəlincə isə bunları sadalamaq mümkündür: gənc nəslə kiçik yaşlardan araşdırma və istehsal etmə ruhu aşılayır; qrup halında çalışmaq qabiliyyətini formalaşdırır; dünyada mövcud olan təbii qaynaqların məhdud olduğunu və onlardan həssaslıqla istifadə etməyin zəruriliyini başa salır. Bundan başqa, beynəlxalq səviyyələrdə təşkil edilən olimpiadalar sayəsində gənc nəsil daha qlobal düşüncə tərzi əldə edir, dünyada mövcud olan problemlərlə və onların həlli yolları ilə daha yaxından tanış olurlar. Olimpiadalarda iştirak edən şagirdlərin fundamental elmlərə maraqlarının artması da önəmlidir.Orta məktəblərdə yuxarıda sadaladığım formada yetişən gənc nəsillər universitet-iş dünyası əməkdaşlığına daha hazır halda gəlirlər. Bu isə həm ali məktəblərdə təhsil səviyyəsinin yüksəlməsinə, həm də universitet-iş dünyası əməkdaşlığının daha səmərəliliyinə səbəb olur. Nəticədə, ölkə iqtisadiyyatının inkişafı istiqamətində çalışan “beyin gücü” təşəkkül edir. Bu baxımdan “Çağ” Öyrətim Şirkəti tərəfindən Azərbaycanda beynəlxalq olimpiadaların təşkili, eləcə də bu şirkətin liseylərində təhsil alan şagirdlərin dünyanın fərqli ölkələrində keçirilən bilik yarışlarında iştirakları təqdirəlayiqdir.
Dr. Osman Nuri Aras
Qafqaz Universitetinin iş dünyası ilə münasibətlər üzrə prorektoru
www.zaman.az