Böyük Britaniyalı elm xadimi Sanjida O Connel Qafqaz Universitetində natiqliyə həsr olunmuş master-klas keçirəcək

Britiş Council, Qafqaz Universiteti və Bank Standartın birgə həyata keçirdiyi “Şöhrət laboratoriyası” adlı yarışmanın 10 nəfər qalibi üçün təqdimat qabiliyyəti üzrə təlim keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Britiş Council şirkətindən veriblər. Sabah Qafqaz Universitetində təşkil olunacaq təlim prosesinin Bakı Amerika Mərkəzindən İmran Muxtarov və Qafqaz Universitetindən Kemal Bayraktarın iştirakı ilə baş tutacağı nəzərdə tutulub. Aprelin 9-da isə Böyük Britaniyadan olan elm xadimi Sanjida O Connel yarışmanın qalibləri üçün natiqliyə həsr olunmuş master-klas keçirəcək. Qeyd edək ki, müsabiqə 18 mart 2008-ci il tarixdə 30 iştirakçı arasında keçirilib.
www.azadinform.az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq