Türkiyəli nazir Qafqaz Universitetində olub

Dünən Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və onun başçılıq etdiyi nümayəndə heyyəti Qafqaz Universitetinin qonağı olub. Qeyd edək ki, Türkiyəli nazir və onun başçılıq etdiyi nümayəndə heyyəti artıq bir neçə gündür ki, Azərbaycanda rəsmi səfərdədir. İlk öncə türkiyəli qonaqlara Qafqaz Universitetinin fəaliyyətini, tədris prosesini əks etdirən qısametrajlı film göstərilib. Universitetin yaranma tarixi, orada təhsil alan tələbələrin ümumi sayı, fakültələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, universitetin tələbələri yüksək səviyyədə təhsil almaqla yanaşı geniş sosial-ictimai fəaliyyətlə də məşğul olurlar. Universitetdə elm, incəsənət, musiqi, idman və s. kimi sahələr üzrə dərnəklər fəaliyyət göstərir. Tələbələrin əksəriyyəti isə həmin dərnəklərin üzvüdür. Vurğulanıb ki, bu gün yüzlərlə azərbaycanlı Türkiyənin aparıcı universitetlərində, türkiyəli vətəndaşlar isə Azərbaycanın ali təhsil müəssisələrində oxuyur. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türkiyəli tələbələrin yüksək səviyyədə ali təhsil alması üçün lazımi şərait yaradılır. Faruk Çelik isə bildirib ki, Qafqaz Universitetinin məzunları Azərbaycanın inkişafına dəstək verəcək, ölkəyə böyük xidmətlər göstərəcəklər. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında gerçək əməkdaşlığın və dostluq körpülərinin təməlləri olacaqlar. Daha sonra nazir universitetlə yaxından tanış olub, təhsil müəssisəsində təhsil alan türkiyəli tələbələrlə görüşüb. Sonra qonağa universitetin fəxri plaketi təqdim edilib.
S.QARAYEVA
www.525.az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq