“İKT ili”ndə aparılan işlər çərçivəsində ali təhsil müəssisəsinin 50 dərs otağına “Ağıllı” lövhə quraşdırılıb
Ölkəmizdə bu ilin “İKT ili” elan olunması bu sahəyə olan diqqəti daha da artırıb. Elmi texnoloji yenilikləri ilə seçilən Qafqaz Universiteti də bu sahədə yeniliklərə imza atır. Yeni tədris ilində “Suret Eyitim A.Ş” tərəfindən universitetin 50 dərs otağına “Ağıllı” lövhə quraşdırılıb. Bu barədə məlumat verən universitetdən bildirilib ki, “ağıllı” lövhələr bir sıra üstünlüklərə malikdir: “Lövhənin yaddaşına kitablar, videolar və digər dərs vəsaitləri yerləşdirilir. Eyni zamanda internetə bağlanır. Tədris olunan dərslər yaddaşa yazılır, dərsdən sonra istəyən tələbə həmin dərsin videoyazısını özünə götürə bilir”. “Ağıllı” lövhənin idarə edilməsi ilə bağlı universitetə dəvət olunmuş mütəxəssis Onur Şahin tərəfindən seminar da keçirilib. Mütəxəssis qeyd edib ki, interaktiv lövhələr dərs prosesində interaktiv şəklə çevrilir. Əvvəl lövhələrdən ancaq yazı üçün istifadə olunurdusa, yeni lövhələrdən görüntülü istifadə etmək də mümkündür. İstənilən dərs vəsaitinin, proqramların elektron v...