“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında “İlin ən yaxşıları” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Yanvarın 13-də “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının 15 illiyinə həsr olunmuş gimnaziya şagirdlərinin seçimi əsasında  “İlin ən yaxşıları” mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz iştirak edib. “İlin ən yaxşıları” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş çıxış edərək qonaqları salamlayıb. Onların gəlişi bütün kollektivlərinin hədsiz sevincinə səbəb olduğunu bildirib.Mükafata layiq görülənlərə gələcək işlərində uğurlar arzulaıb. Sonra “İlin ən yaxşıları” mükafatına layiq görülənlər təqdim olunub. İlin ən yaxşı xəbər proqramı aparıcısı mükafatına "Xəzər TV"-nin xəbərlər proqramının aparıcısı Anar Nəcəfov, İTV-nin Mədəniyyət proqramı aparıcısı Saleh Bağırov, "Burc FM" radio proqramı aparıcısı Zaur Kamal, şou proqram aparıcısı Murad Dadaşov, ATV-nin Maqazin proqramı aparıcısı Zaur Baxşəliyev, idman sahəsində  “Qarabağ” Futbol Komandası, "Rabitəçi" Qadın Voleybol Komandası, ilin ən yaxşı Müğənnisi Röya Ayxan və ən yaxşı dueti adına Rəfael İskəndərov və Coşqun İbrahimov layiq görülüblər. Mükafatlara layiq görülənlər “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdlərinin etdiyi bu seçimdən olduqca məmnun olduqlarını bildiriblər.Xüsusilə də uşaqların bu seçimi etməsi daha çox sevindiricidir.Bundan sonrakı fəaliyyətlərində də bu etimadı doğruldacaqlarını söyləyiblər. 


 
 
 
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF