VII Beynəlxalq Jautikov Fizika-riyaziyyat və İnformatika olimpiadasindan növbəti qələbə

Yanvarın 14-20 də Qazaxstan Respublikasının Alma-Ata şəhərində VII Bynəlxalq Jautıkov adına fizika-riyaziyyat və informatika olimpiadası keçirilib. Olimpiadada dünyanın  20-yə yaxın ölkəsindən eləcədə Rumıniyadan, Bolqariyadan, Türkiyədən, İndoneziyadan, Rusiyadan, Türkmənistandan və digər ölkələrdən gəlmiş 46 komandada 296 şagird öz bilik və bacarıqlarını nümayiş etdirib. Dünyanın ən reytinqli məktəblərinin iştirak etdiyi olimpiadada ölkəmizi informatika fənnindən uğurla təmsil edən Bakı Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Azad Salahlı gümüş,riyaziyyat fənnindən Mingəçevir Özəl Türk Liseyinin  11-ci sinif şagirdi Naib Bağırov gümüş, riyaziyyat fənnindən Sumqayıt Özəl Türk liseyinin 11-ci sinif şagirdi Elşad Mustafayev gümüş (xatırladaq ki, E. Mustafayev 2010-cu il 104 ölkənin iştirak etdiyi  51-ci Beynəlxalq Riyaziyyat olimpiadasının -  gümüş medal mükaftçısıdır) medala layiq görülüblər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF