Lənkəran Şəhər Məhkəməsinin sədri ilə görüş

Yanvarın 11-də Lənkəran Şəhər Məhkəməsinin sədri Elçin Kazımov Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifecini və Lənkəran “Araz” Kurslarının müdiri Musa Şükürovu qəbul edib. Səmimi şəraitdə keçən qəbulda LÖTL-nin müdiri M. Kadifeci və Lənkəran “Araz” Kurslarının müdiri M. Şükürov Lənkəran Şəhər Məhkəməsinin sədri E. Kazımova rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti və əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat veriblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına  məqsəd qoyduqlarını bildiriblər. 
 Lənkəran Şəhər Məhkəməsinin rəhbəri Lənkəran Özəl Türk Liseyinin və “Araz” Kurslarının regionda ən nüfuzlu tədris müəssisələrundən biri olduğunu bildirib. Liseyin fəaliyyətindən məmnunluqla danışan Elçin Kazımov onlara işlərində uğurlar diləyib.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF