Samux rayon Məhkəməsində görüş


Yanvarın 13-də Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel Samux rayon Məhkəməsinin Sədri Nizami Hümbətovla görüşüb. Görüş zamanı K. Güzel məhkəmə sədrinə rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti və əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına  məqsəd qoyduqlarını bildiriblər. Sonra Nizami Hümbətov təhsildə əldə etdikləri nailiyyətlərinə görə  “Çağ” Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyi başda olmaqla bütün kollektivinə dərin minnətdarlığını bildirib və təhsilin inkişafındakı yüksək xidmətlərinə görə onlara müvəffəqiyyətlər arzulayıb.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF