“İstedadların üzə çıxarılmasında “Araz” kurslarının rolu əvəzsizdir”



Bakı “Araz” kursu tərəfindən paytaxt məktəbləri arasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmş bilik yarışının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Bakı Özəl Türk Liseyində düzənlənən tədbirdə Bakı “Araz” kursunun müdiri Yusif Duran bilik yarışına Bakının Binəqədi, Nərimanov, Nəsimi, Səbayil, Yasamal rayonlarının və Xırdalan şəhərinin 100-dən çox məktəbinin 5000 şagirdinin qatıldığını bildirib. O həmçinin bilik yarışında Türkyə Dəyanət Vəqfi  Bakı Türk Liseyi, Akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbi, Bakı Dövlət Universiteti nəzdindəki Gənc İstedadlılar Liseyi, Bakı Türk Anadolu Liseyi, İlyas Əfəndiyev adına “Elitar’’ Gimnaziyanın şagirdlərinin yüksək nəticə göstərərək fərqləndiklərini vurğulayıb. Həmin məktəblərin direktorları Bakı “Araz” kursu tərəfindən netbuklarla mükafatlandırılıblar.
Yusif Duranın sözlərinə görə, artıq dördüncü ildir ki, belə bilik yarışları təşkil olunur. O, ildən-ilə bu bilik yarışının şagird kontingentinin artdığını da vurğulayıb.
Qeyd edək ki, mükafatlar bilik yarışında bütün qruplar üzrə yarışan 8, 9, 10-cu sinif şagirdləri arasında I, II, III yerləri tutan 38 nəfərə təqdim edilib. Mərasimdə həmçinin fərqlənmiş 54, 190, 47, 258, 267 saylı məktəblərin müdirlərinə xatirə plaketləri verilib. Plaketləri onlara Qafqaz universitetinin ictimai əlaqələr üzrə prorektoru dr. Uğur Arif Bölek təqdim edib.
“ Seçilənlər ölkəmizin inkişafına da öz töhfələrini verəcəklər”
Lənkəran Şəhər Təhsil Şöbəsinin köməkliyi və Lənkəran “Araz” kurslarının təşkilatçılığı ilə keçirilən bilik yarışmasının qalibləri  mükafatlandırılıblar. Lənkəran Özəl Türk Liseyində keçirilən mükafatlandırma mərasimində isə TQDK-nın sisteminə uyğun olaraq 4 qrup üzrə keçirilmiş bilik yarışında ilk 3 yeri tutan 36 şagird tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bilik yarışında ən aktiv iştirak edən 4 məktəbin direktoruna da hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Güloğlan Bağırov, Lənkəran Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə məsləhətçisi Tahir Zülfüqarov da iştirak ediblər.
Bilik yarışı ilə bağlı təəssüratlarını “Zaman-Azərbaycan”la bölüşən Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Güloğlan Bağırov deyib ki, belə tədbirlərin keçirilməsi istedadlı şagirdlərin üzə çıxarılmasında böyük rol oynayır: “Belə istedadların üzə çıxarılmasında “Araz” kurslarının rolu əvəzsizdir”. O, bilik yarışlarında öz səviyyələri ilə seçilən şagirdlərimizin sabah Azərbaycanımızın inkişafına da öz töhfələrini verəcəklərini əminliklə vurğulayıb.
Lənkəran Araz Kurslarının müdiri Musa Şükürov artıq rayonda ənənə halını almış bu bilik yarışında 637 nəfər 8, 9 və 10-cu sinif şagirdlərinin iştirak etdiklərini bildirib. Onun sözlərinə görə, yarışda yer tutmuş şagirdlər bu il və gələn il “Araz” kurslarında 30%  güzəştlə təhsil ala biləcəklər. Musa Şükürov belə bilik yarışlarının Cənub bölgəsinin digər rayonlarında da keçirəcəklərini vurğulayıb. 
Pənah Abdurrahmanlı Lənkəran -Fədaİl Fətullayev Bakı- www.zaman.az  18.01.2011

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF