Lənkəran Şəhər 6 saylı ərazi Vergi İdarəsində görüş

Lənkəran Şəhər 6 saylı Ərazi Vergi İdarəsinin Baş müşaviri İlqar Süleymanov  Lənkəran Özəl Türk Liseyinin  müdiri Murat Kadifeci və Lənkəran “Araz” Kurslarının müdiri Musa Şükürovu qəbul edib. Qəbul zamanı M. Kadifeçi və M. Şükürov  Vergi İdarəsinin Baş müşavirinə rəhbərlik etdikləri tədris müəssisələrinin əldə etdikləri nailiyyətləri və uğurları barədə ətraflı məlumat veriblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında Azərbaycan bayrağını ucaltdıqlarından söhbət açıblar. Bu tədris ilini də uğurla başa vuracaqlarını bildiriblər.

Lənkəran Şəhər 6 saylı Ərazi Vergi İdarəsinin Baş müşaviri İlqar Süleymanov Lənkəran Özəl Türk Liseyinin və Lənkəran “Araz” Kurslarının  nüfuzlu təhsil ocaqlarından biri olmasını bildirib. Və onlara təhsildə uğurlar diləyib.
http://www.cag.edu.az/haber.php?id=151

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF