Magistr tələbələri istehsal prosesi ilə yaxından tanış oldular
22 yanvar 2011-ci il tarixində Qafqaz Universitetinin rektoru Prof.Dr. Ahmet Saniç, İş dünyası əlaqələri üzrə prorektor Dr. Təyyar Mustafayev, Karyera planlama mərkəzi müdiri Dr. İsa Qasımov və universitetin bir qrup magistr tələbəsinin iştirakı ilə Azersun Holdinqə aid “Bakı Yağ Fabriki” və “Qafqaz Kağız Sənaye” müəssisələrində oldular. Əvvəlcə hər iki müəssisənin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra, Fatih Univeristeti professoru Cevdet Meriç tərəfindən gəzintidə iştirak edən iştirakçılara, eləcə də Azersun Holdinqin bir qrup idarəçilərinə “Stratejik idarəetmənin əsasları”mövzusunda seminar verildi.
Dr.İsa Qasımov