Milli Aviasiya Akademiyası ilə Qafqaz Universiteti arasında əməkdaşlıq inkişaf etdirilir
.
Milli Aviasiya Akademiyası ilə Qafqaz Universiteti arasında əməkdaşlıq inkişaf etdirlir. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç və onun rəhbərlik etdiyi nümayəndə heyəti, elmi işlər üzrə prorektor Prof. Niftalı Qocayev, tədris işləri üzrə prorektor Doç.Cihan Bulut, xarici əlaqələr üzrə prorektor Dr. Murad Erguvan, iş dünyası ilə əlaqələr üzrə prorektor Dr.Təyyar Mustafayev, baş katib Dr.Şahin Durmaz, Mühəndislik fakültəsinin dekanı prof. Həmzağa Orucov və “Kompyuter Mühəndisliyi” bölməsinin müdiri Dr.Abzedtin Adamov, Milli Aviasiya Akademiyasının qonağı oldular.
Səfərin əsas məqsədi Milli Aviasiya Akademiyası ilə Qafqaz Universiteti arasında elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaqdır. Görüş zamanı Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev Qafqaz Universitetinin rektoru Ahmet Saniçi qəbul etmişdir. Qəbul zamanı akademik Arif Paşayev rəhbərlik etdiyi akademiya haqqında məlumat verdi. Professor Ahmet Sanic Qafqaz Universitetinin quruluş tarixindən bəhs etmişdir. O, qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Qafqaz Universiteti artıq 18 ildir fəaliyyətini uğurla davam etdirir. Universitetin qayəsi dövlətini, millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu mütəxəssislər yetişdirmək, günü gündən çiçəklənən Azərbaycanın tərəqqisinə xidmət etməkdədir. Azərbaycan dövlətinin və onun prezidenti İlham Əliyevin diqqət və qayğısını daim hiss edən universitet kollektivi böyük həvəs və əzmkarlıqla çalışır.
Akademik Arif Paşayev Qafqaz Universitetinin gənc olmasına baxmayaraq Azəbaycan universitetləri arasında öz yeri olduğunu bildirmişdir. O, Milli Aviasiya Akademiyası ilə Qafqaz Universiteti arasında əməkdaşlıq fəaliyyətlərinin başlaması üçün işlərin başlanmasının vacibliyini vurğuladı.
Sonra qonaqlar Milli Aviasiya Akademiyasının Milli Aviasya Muzeyi, tədris və elmi araşdırma laboratoriyaları, idman korpusları ilə tanış oldular. Müxtəlif maketlərdə olan təyyarə uçuş təlimlərinin tədbiq olunduğu dünya miqyaslı, muasir tələblərə cavab verə biləcək tədris mərkəzləri ilə tanış oldular. “BOİNQ 707” tipli təyyarənin idarə etmə kabinetində əyləşən heyət 10-15 dəqiqə Bakı şəhəri və Xəzər dənizi səmalarına simvolik “səyahət” etdilər. Görüşün sonunda informasya texnologiyalarının idarəedilməsi və ingilis dilinin tədrisi metodikası mövzusunda əməkdaşlığın müəyyənləşdirilməsi üçün danışıqların keçirilməisi nəzərdə tutuldu.
Qafqaz metbuat - Qafqaz metbuat - 13 January, 2011