Atif Eyvazov/AZADİNFORM. Bu gün Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) iştirakçıları ilə görüş keçirilib. Görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov dünyanın müxtəlif ölkələrindən gələn qonaqların diqqətinə çatdırıb ki, son illər Azərbaycan bir sıra böyük tədbirlərə ev sahibliyi edir. Bu il isə “Eurovision-2012” musiqi yarışması Bakı şəhərində keçiriləcək və beləliklə, dünyanın diqqəti Azərbaycanda olacaq. Olimpiadaya toxunan nazir bildirib ki, aprelin 6-7-si tarixlərində Bakı şəhərində məktəblilərin Ətraf Mühitin Mühafizəsi Vİ Beynəlxalq Layihə Olimpiadası keçiriləcək. Bu tədbirin təhsil tarixində mühüm hadisə kimi yadda qalacağını diqqətə çatdıran M.Mərdanov bildirib ki, Olimpiada Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, İNEPO-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin i...