“Ana dilimizi sevək, sevdirək” Müsabiqəsinin Şəki finalı keçirildi

Dekabr ayının 29-da Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr edilmiş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Şəki finalı  keçirilib. Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri İsmail Özcan çıxış edərək əvvəlcə dilimizi sevən və sevdirən müsabiqə iştirakçılarına uğurlar arzulaıb. Sonra tədbir  haqqında danişaraq bildirib ki, şagirdlərin Ana dilinə böyük sevgi, vətənpərvərlik hisslərini gücləndirmək, milli mənəvi dəyərləri qorumaq məqsədi daşıyan müsabiqəyə Şəki şəhərində fəaliyyət göstərən musiqi və orta ümumtəhsil məktəblərindən də şagirdlər cəlb olunub. Burada məktəblərin 7, 8, 9,10, 11-ci sinif şagirdləri şeir və mahnı, 9,10 və 11-ci sinif şagirdləri isə qrammatika və inşa kateqoriyası üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Şagirdlərdən inşa yazı kateqoriyası üzrə Şəki şəhəri 19 saylı məktəbin 11-ci  sinif şagirdi Gülbahar Kamalzadə, qrammatika üzrə test üsulu ilə keçirilən müsabiqədə Şəki şəhəri 2  saylı məktəbin 11-ci sinif şagirdi Asif  Tacirzadə, mahnı kateqoriyası üzrə Şəki rayonu Kiş kəndi, Heydər Əliyev adına 4 saylı məktəbin 9-cu sinif şagirdi Hakim Əkbərov, şeir kateqoriyası üzrə isə Şəki şəhəri 5 saylı orta məktəbin 9- cu sinif  şagirdi Münəvvər Əbdürrəhmanzadə fərqlənərək birinci yerə layiq görülmüşlər. Qaliblər fevralın 12- də  müsabiqənin Bakı şəhərində keçiriləcək  final turunda iştirak etmək hüququ qazanıblar.

 
 
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF