Big Data Day Baku 2015 tədbiri keçirildi

May ayının 16-da QU Texnopark rezidenti CeDAWI şirkətinin təşkilatçılığı ilə Qafqaz Universitetində Big Data Day Baku 2015 tədbiri keçirildi. Şirkətin rəhbəri dosent Abzetdin Adamovun təşəbbüsü ilə baş tutan tədbirin spikerləri arasında Yunanıstan, Rusiya kimi xarici ölkələrdən də ekspertlər var idi. 
Tədbirdə Oracle, Microsoft, Azercell Telekom MMC, ATL Group kimi nüfuzlu şirkətlərin nümayəndələri çıxış etdilər. Tədbir boyunca Telekomunikasiya Biznesində Böyük Verilənlər, Analitikası Hadoop Ekosistemi, EMC Böyük Verilənlər Texnologiyası kimi İnformasiya Texnologiyaları ilə əlaqədar maraqlı mövzular müzakirə olunmuş, iştirakçılar sahə ilə bağlı suallarına cavab tapmaq imkanı əldə etmişlər.

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.