Altay İsmayılov: “Arizona Dövlət Universitetində “Azərbaycanın coğrafi və iqtisadi imkanları” mövzusunda seminar verdim” Azərbaycanda
elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi son
dövrlərdə olduqca aktuallıq kəsb etməkdədir. Bu məsələlərə elmi yanaşma
kontekstində, müxtəlif elm sahələrində ciddi tədqiqatların aparılması,
elmi kadrların hazırlanması və onların cəmiyyətin ümumi inkişafına töhfə
verməsi olduqca zəruridir. Hazırda
Azərbaycan dövləti elmin inkişafı üçün ciddi və intensiv tədbirlər
görür. Elmin İnkişafı Fondunun yaradılması, ayrı- ayrı milli donor
qurumlar tərəfindən alimlərin, xüsusilə də gənc alimlərin layihələrinin
maliyyələsdirilməsi, gənc tədqiqatçıların xaricə təkmilləşmə kurslarına
göndərilməsi və s. məsələlər qeyd edilə bilər. Qafqaz Universiteti Dünya
İqtisadiyyatı kafedrasının dosenti və Qafqaz Universiteti Tədqiqat
Mərkəzlərinin rəhbəri dos. Altay İsmayılov da bu tədqiqatçılar
siyahısındadır. ABŞ-ın dünyada tanınan “Fulbright” proqramı çərçivəsində
tədqiqat aparmaq üçün 6 aylıq (sentyabr - mart aylarında) Amerikanın
Arizona Dövlət Universitetində fəaliyyət göstərən alim apardığı
tədqiqatla bağlı bizə layihə çərçivəsndə məlumat verdi.“İnkişaf etmiş ölkələr daha çox xidmət sahəsinə meyilli olsalar da ...”A.İsmayılov
apardığı tədqiqatla bağlı məlumat verərkən Amerika iqtisadiyyatının
inkişaf səbəblərini də göz önünə gətirdi: “Amerikada olduğum 6 ay
müddətində apardığım tədqiqatın mövzusu "İnnovativ ideyaların
dəstəklənməsi və kənd təsərrüfatı sahəsinə tətbiqi sistemində Amerika
təcrübəsi" (“How Do System of Supporting Innovative Ideas and Innovation
Transfer in Agriculture work: US Experience for Azerbaijan) idi.
Düşünürəm ki, iqtisadiyyat sahəsində fəaliyyət göstərməyən birinə,
“Amerika iqtisadiyyatında kənd təsərrüfatının xüsusi bir rolu varmı?”
sualını versək, ehtimal ki, yox cavabını alacağıq. Çünki, məlumdur ki,
inkişaf etmiş ölkələrdə daha çox xidmət sektoru ön plandadır. Ancaq
bununla birlikdə Amerika iqtisadiyyatında kənd təsərrüfatı da kifayət
qədər inkişaf edib”. Amerikanın
kənd təsərrüfatı sahəsində əldə etdiyi nəticəni Altay müəllim belə
açıqladı: “ Tədqiqat müddətində belə bir qənaətə gəldim ki, ümumiyyətlə,
burada insanlar bütün məsələlərə innovativ yanaşır, fərqli metodlar
ortaya qoyur və bu yolla təsərrüfatı inkişaf etdirirlər. Hətta məhsulu
bazara çıxarmadan gəlir götürən bir təsərrüfatçı ilə tanış oldum. O mənə
belə bir açıqlama verdi: “Mən bu sitrus plantasiyasından çıxmadan
minlərlə ifadə olunan müştəri kütləsi əldə etmişəm. Həmin müştəri
kütləsinin hər həftəsonu ailəvi olaraq bu plantasiyada qonaqlanması üçün
müəyyən şərait yaratmışam . Bu, xüsusilə inkişaf etmiş ölkədə şəhərdə
yaşayan insanların ehtiyacıdır. Çünki bu ölkələrdə şəhər mühitində
böyüyən uşaqlar hansı fəslin hansı meyvə- tərəvəzin fəsli olduğunu
dəqiqliklə bilmir, ancaq kitablardan öyrəndikləri məlumatlar buna
kifayət etmir. Çünki marketlərdə, bazarlarda ilin bütün fəsillərində
istədikləri zaman istənilən məhsulu əldə edə bilirlər. Ona görə də
ailələr bəzi həftə sonlarını burada dəyərləndirirlər ki, həm istirahət
etsinlər, həm meyvə toplasınlar, həm də özləri və uşaqları
məlumatlansınlar. Bəzən bir neçə gün burada qalan qonaqlarımız da olur.
Mənə də ona görə sərf edir ki, gedərkən mənim yetişdirdiyim məhsuldan da
kifayət qədər alaraq gedirlər. Bu şəkildə təsərrüfatçının özünü
yormadan və əlavə işçi də çalışdırmadan gəlir əldə etdiyinin şahidi
oldum. Bu, bir növ aqrar turizmdir. Demək istədiyim odur ki, insanlar
bütün sahələrdə düşünərək yeni və fərqli metodlar ortaya qoya bilərlər.
Bu da təsərrüfatın inkişafında innovasiya deməkdir. Çünki müasir dövrdə
inkişaf innovativ düşüncə tələb edir”. “Gördüyümüz metodların Azərbaycanda da tətbiq olunması üçün fikirlərimiz var”A.İsmayılov
kənd təsərrüfatında Amerika elmi təcrübəsi ilə tanış olduqdan sonra bu
üsulların Azərbaycanda da tətbiq olunması üçün fikirlərini bizimlə
bölüşdü: “Mən istərdim ki, orada görüb şahidi olduğum təsərrüfat
metodlarının Azərbaycanda da tətbiqinə nail olaq. Bunun ilkin olaraq
maarifləndirici fəaliyyət ilə həyata keçirilə biləcəyini düşünürəm. Bu
sahədəki təcrübənin yayılması elmi tədqiqatların təqdimatı şəklində elmi
tədbirlərdə, jurnallarda, publisistik olaraq isə ümumilikdə mətbuat
yolu ilə mümkün ola bilər. Misal olaraq bir nümunə gətirmək istəyirəm.
Artıq bir ənənə halında hər il Qafqaz Universiteti tərəfindən İqtisadi
Forum keçirilir. Məlumdur ki, bu il də cənab Prezident İlham Əliyev
tərəfindən ölkədə “Kənd Təsərrüfatı ili” elan olundu. Forumun idarə
heyətinə təklif etdim ki, biz də builki forumu kənd təsərrüfatına həsr
edərək orada innovativ kənd təsərrüfatı məsələsinə xüsusi seksiya
ayıraq. Bu seksiyada kənd təsərrüfatında innovativ ideyaları müzakirə
edək və mənim müşahidə etdiyim Amerika elmi təcrübəsini də burada təqdim
edək. Sağ olsunlar, bu ideya qəbul edildi və İqtisadi Forumun builki
müzakirə mövzusunun kənd təsərrüfatı olmasına qərar verildi”. Pedaqoji təcrübə istiqamətində fəaliyyətİqtisadçı
alim A.İsmayılov hər nə qədər Amerikaya tədqiqat məqsədilə getmiş olsa
da, pedaqoji təcrübəyə də zaman ayıra bildiyini qeyd etdi: “Amerikaya
əsas gediş məqsədim tədqiqat xarakterli olsa da, zamandan istifadə edib
pedaqoji təcrübəyə də vaxt ayırdım. Bakalavr səviyyəsində tədris
təcrübəsini görmək məqsədilə semestr boyunca bir neçə fərqli dərsdə
iştirak etdim. Digər tərəfdən isə əsas yaralı yerimiz olan ictimai
elmlərdə müasir standartlarda tədqiqat metodologiyasının doktorantura
pilləsindəki tələbələrə, yəni gələcəyin ailmlərinə necə mənimsədildiyini
görmək məqsədilə o səviyyədəki dərslərdə, seminarlarda, dəyirmi
masalarda iştirak etdim. Bunun da müəyyən standartlarda tədqiqat aparmaq
təcrübəsini görmək baxımından çox faydalı fəaliyyət olduğunu
düşünürəm”.Amerika təhsili və təcrübəsi Amerika
təhsili haqqında danışarkən Altay müəllim oradan yüksək təəssüratla
geri qayıtdığını bildirdi: “Orada olduğum müddətdə həm bakalavr, həm də
magistratura-doktorantura təhsil pillələri ilə yaxından maraqlandım.
İlkin olaraq diqqətimi çəkən tələbələr üçün yaradılan şəraitin yüksək
səviyyədə olması idi. Onların aktiv olan sosial həyatı ilə dərs çalışma
proqramları bir cismin iki üzü kimi bir-birinə mane olmadan davam edir.
Həftəiçi günlərdə dərslərinə ağırlıq verdikləri kimi, həftə sonları da
sosial fəaliyyətlərlə məşğul olurlar. Qeyd etmək yerində olardı ki,
ümumiyyətlə, Amerikada iş adamları və ya məşğul əhali dediyimiz
kateqoriyadakı insanlar tez yatıb, tez qalxmağa üstünlük verirlər. Belə
ki, axsam saat 22:00-dan sonra ayaqda, səhər saat 05:00 radələrindən
sonra isə yataqda qalmamağa diqqət edirlər. Mən adətən birgə
çalışdığımız professorlardan elektron məktublara səhər bu radələrdə
cavab alırdım. İki ölkə
arasındakı təhsil fərqlərinə gəlincə müsahibimin cavabı belə oldu:
“İstənilən inkişaf etmiş ölkənin özünə görə əskik və ya üstün cəhətləri
ola bilər. Qafqaz Universiteti ilə Amerika universitetlərini də təhsil
baxımından müqayisə edərkən, təbii ki, müəyyən üstünlüklər və ya
fərqliliklər gördüm. Amma qeyd etmək yerində olardı ki, təhsilin
bakalavr pilləsi baxımından Qafqaz Universitetinin Amerikanın top
universitetləri xaric, digər universitetlərindən çox geri qalmadığı
qənaətindəyəm. Tədqiqat sahəsində isə, xüsusilə ictimai elmlərdəki
tədqiqat metodları baxımından orada bir çox üstünlüklər müşahidə etdim”.A.İsmayılov
Azərbaycan diasporunun Amerikadakı fəaliyyəti ilə bağlı bir neçə məqama
da diqqət çəkdi: “Amerikada olduğum müddətdə Azərbaycanın oradakı
diaspor fəaliyyəti ilə də maraqlandım. Orada olduğum zaman Arizona ştatı
“Xocalı soyqırmı” ilə əlaqəli əhəmiyyətli qərar qəbul etdi. Belə ki,
Arizona ştatı ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımını
tanıyan 16- cı ştat oldu. Təbii ki, bu da oradakı diaspor fəaliyyətinin
bir nəticəsidir. Ancaq bununla belə düşünürəm ki, bu fəaliyyətləri daha
da genişləndrmək mümkündür”. Müsahibimiz
seminarların birində Azərbaycanla bağlı məlumat verdiyini də bildirdi:
“Həmçinin orada olduğum müddətdə Arizona Dövlət Universitetində
Azərbaycanla bağlı seminar verdim. Seminarın mövzusu “Azərbaycanın
coğrafi və iqtisadi imkanları” idi. Bu seminarın xüsusilə ölkəmizin
potensialının və imkanlarının xarici vətəndaşlara tanıdılması
istiqamətində faydalı bir fəaliyyət olduğuna inanıram”.İlkin AĞAYEV
|