Daimi İnkişaf Mərkəzi Xidmət içi Seminarlar Silsiləsindən 3-cü Seminar


Daimi İnkişaf Mərkəzi Xidmət içi Seminarlar Silsiləsi-3Daimi İnkişaf Mərkəzimizin personalımıza yönəlik olaraq təşkil etdiyi xidmət içi  seminarlar silsiləsindən 3- cüsü keçirildi. Hüseyn Xəlilovun təqdimatında keçirilən "Müəllimin Bədən Dili" mövzulu seminarı Tempus otağında həyata keçirildi. Dialoq şəklində keçən seminarda “Üz ifadəsi”, “Bədən dilimiz”, “ Uyğunluq”, “Bədən dili növləri”, “Psixoloji hazırlıq”, “Xitab edərkən”, “Müəllimin geyim tərzi” kimi mövzular müzakirə olundu. Təlimin keçirilməsində əsas məqsəd əməkdaşlarımızın hər hansı bir şəraitdə, istər dərs keçdikləri zaman, istər hər hansı bir iş görüşməsi zamanı, istərsədə ictimaiyyət arasında öz bədən dilillərini necə idarə edəcəklərini vurğulamaqdır. Bu cür seminarların keçirilməsinin əsas səbəbi öz personalını hər zaman düşünən Universitetimiz, Qafqaz ailəsinin günü-gündən inkişafını təmin etməkdir. Seminardan məmnun qalan personalımız, bu cür seminarların mütəmadi keçirilməsini xüsusilə vurğuladılar. Bu kimi senimarlarımız bundan sonrada davam edəcək.

http://www.qu.edu.az/az/news/Daimi-%C4%B0nki%C5%9Faf-M%C9%99rk%C9%99zi-Xidm%C9%99t-i%C3%A7i-Seminarlar-Silsil%C9%99si-3-5196.html

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.