"İZ" Layihəsi 1-Ci Fazada Layihələrin Dəyərləndirilməsi Başa Çatdı

Olduqca maraqlı müraciətlərin yer
aldığı “İZ” layihəsində növbəti mərhələdə dəyərləndirilmiş müraciətlərin
sahibləri ilə görüşlər keçiriləcək. Dəyirmi masa arxasında baş tutacaq bu
görüşlərdə layihə göndərən tələbə və müəllimlərlə layihə haqqında daha ətraflı
fikir mübadiləsi aparılacaq, layihələrin həyata keçirilmə yeri, vaxtı və başqa
məsələlər müzakirə olunacaq.
Görüşlər 30 Aprel və 1 May
tarixlərində keçiriləcək. Görüş haqqında layihə iştirakçılarına e-mail
vasitəsi ilə məlumat veriləcək
İnzibati-Təsərrüfat işləri üzrə
Prorektorluq bütün iştirakçılara maraqlı və kreativ layihələrə görə təşəkkür
edir.
Nicat Yusifov
"İZ" Layihəsi Koordinatoru
http://iz.qu.edu.az/az/news/2014/04/quot-iZ-quot-layihesi-1-ci-fazada-layihelerin-deyerlendirilmesi-basha-chatdi-11.html