Universitetimizlə ölkəmizin bir neçə aparıcı klinikaları arasında müqavilə imzalandı.

Universitetimizlə ölkəmizin bir neçə aparıcı klinikaları arasında müqavilə imzalandı.

İş Dünyası ilə Əlaqələr üzrə Prorektorluğunun təşkilatçılığı ilə  universitetdə ölkəmizin bir neçə aparıcı klinikaları arasında görüş keçirilib. Görüşdə Medi Life Klinikasından Əbulfəz  İsayev, Bioloji Təbabət Klinikasından Fidan Əlirzayeva,  Bahar Klinikasından Hüseyn Qasımov və  Mediplanet Klinikasından Məsmə Naftalıyeva  iştirak edib. Universitetin rektoru professor Ahmet Saniç qonaqlara universitetin maddi - texniki bazası, xarici əlaqələri və ixtisaslar barədə geniş məlumat verib.Görüşün sonunda universitet əməkdaşlarının da iştirakı ilə universitetin rektoru Prof.Dr. Ahmet Saniç və klinika nümayəndələrinin şəxsində  müqavilə imzalanıb. Müqaviləyə əsasən universitetin bütün əməkdaşlarına tələbələrinə və məzunlarına həmin klinikalarda tibbi xidmət haqqına 20 faiz güzəşt olunacaqdır.


http://www.qu.edu.az/az/news/Universitetimizl%C9%99-%C3%B6lk%C9%99mizin-bir-ne%C3%A7%C9%99-apar%C4%B1c%C4%B1-klinikalar%C4%B1-aras%C4%B1nda-m%C3%BCqavil%C9%99-imzaland%C4%B1-4971.html

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.