Dahi şairin xatirəsi anılıb

Dahi şairin xatirəsi anılıb

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatından 5 il ötür.Trend Kanal S-ə istinadən xəbər verir ki, bu münasibətlə Şəki şəhərində anım mərasimi keçirilib. Anım mərasimi Şəki Şəhər İcra Hakimiyyəti, Qafqaz Universiteti və Şəki Şəhər Musiqi Kollecinin təşəbbüsü ilə baş tutub.Mərasimdə Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, ziyalılar, bir sıra təşkilat nümayəndələri iştirak edib.Tədbirdə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına geniş məlumat verilib. Onun həyatından bəhs edən videoçarx nümayiş olunub. Mərasimdə Qafqaz Universitetinin tələbələri tərəfindən şairin şeirləri oxunub, Musiqi Kollecinin tələbələri tərəfindən isə dahi şairin şeirlərinə bəstəlmiş mahnılar ifa olunub.


Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.