Tədbir açıq elan olunmamışdan əvvəl qonaqlar Qafqaz Universiteti və Türkmənistan Dövlət Universitetinin tələbələrinin futbol oyununu izləyiblər. Daha sonra qonaqlar Qafqaz Universitetinin kimya laboratoriyasındakı şəraitlə yaxından tanış olublar. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç laboratoriyada quraşdırılmış sistemlər barəsində qonaqlara ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov iki qardaş dövlət arasındakı münasibətləri Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Türkmənistanla Azərbaycanın bütün məsələlərdə bir-birilərinə dəstək olduğunu bildirib. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç adı çəkilən ali təhsil ocağında Türkmənistanlı tələbələrin təhsil aldığını xatırladaraq bildirib ki, Türkmənistan universitetləri ilə tələbə, müəllim mübadiləsinin edilməsi planlaşdırılır.
Qafqaz Universitetində təhsil alan türkmənistanlı tələbələr də sözügedən tədbiri yüksək qiymətləndiriblər. Onlar bu tədbiri hər iki qardaş dövlətin tarix və mədəniyyəti ilə tanışlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Elvin Əliyev
|