Təmsilçimiz 3-cü Sənaye Şurasında faydalı görüşlər keçirib

Təmsilçimiz 3-cü Sənaye Şurasında faydalı görüşlər keçirib












Xəbər verdiyimiz kimi, Türkiyənin paytaxtı Ankara şəhərində “2023-ə 10 qala” adı ilə 3-cü Sənaye Şurasının toplantısı keçirilib. Toplantıda ölkənin baş naziri, nazirləri, universitet rektorları, elm adamları, sənayeçilər, texnopark rəhbərləri, dövlət məmurları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin birgə müzakirələr apardığı III Sənaye Şurasında bütün tərəflər Türkiyənin 2023-cü il hədəflərinə aparacaq yolları araşdırdılar. 
 
265 Şura üzvü, 1600 içtirakçının təmsil olunduğu Sənaye Şurasında Türkiyənin sənaye gücünün artırılması, eləcə də ixrac potensialının çoxaldılması yolları birlikdə müzakirə olunub. 3 gün davam edən Sənaye Şurasında alınan tövsiyə qərarları və şurada təqdim olunan elmi məqalələr birlikdə kitab halında çap olunaraq istifadəyə veriləcəkdir. Xatırladaq ki, 3-cü Sənaye Şurasında Azərbaycandan Qafqaz Universiteti Texnoparkının müdiri dos. İsa Qasımov da iştirak edib. İ. Qasımov Sənaye Şurasında “Azərbaycanda Universitet - İş dünyası əlaqələrinin mövcud vəziyyətinin təhlili” adlı elmi məqalə ilə çıxış edib. İ. Qasımov 3-cü Sənaye Şurasında təcrübə mübadiləsi ilə yanaşı, texnoparkların Azərbaycanda inkişaf etdirilməsində faydalı ola biləcək tanışlıq görüşləri də keçirib.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq