Qafqaz Universitetində “Universitet-iş dünyası əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilir


Bakı, 7 iyun (AzərTAc). İyunun 7-də Qafqaz Universitetində “Universitet-iş dünyası əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans başlamışdır.
Tədbir Qafqaz Universiteti və Türkiyənin Fatih Universiteti tərəfindən təşkil olunmuşdur.
Azərbaycan, Türkiyə və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq konfransın açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç universitet-iş dünyası əməkdaşlığının əhəmiyyətindən danışmışdır.
Mövzu ilə bağlı müzakirələr aparılmışdır. Beynəlxalq konfrans iyunun 8-də başaçatacaq.                

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq