Onbirinci Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan final mərhələsi keçirilmişdir



Bakı, 14 mart (AzərTAc). Bu ilin may-iyun aylarında Türkiyədə XI BeynəlxalqTürk dili Olimpiadası keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, martın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında XI Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan final mərhələsi olmuşdur.Açılış mərasimində “Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz olimpiada barədə məlumat vermiş, onun əhəmiyyətindən danışmışdır.
Müxtəlif kateqoriyalar, o cümlədən mahnı və şeir üzrə keçirilən olimpiadanın Azərbaycan final mərhələsində ayrı-ayrı təhsil müəssisələrinin şagirdləri iştirak etmişlər.Seçilən qaliblər Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil edəcəklər.
Keçən il keçirilən X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan 12 qızıl, 11 gümüş və 3 bürünc medal qazanmışdır. Bu nəticələrə əsasən, Azərbaycan komandası 135 ölkə arasında 1-ci yeri tutmuşdur.
Builki olimpiadada 140 ölkədən 2 min şagird iştirak edəcəkdir.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq