8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ümumrespublika konfransı keçirilib

Qafqaz Universitetində “Azərbaycan qadını və cəmiyyət” mövzusunda konfrans keçirilib.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin Gün.Az-a verdiyi məlumata görə, “Azərbaycan qadını və cəmiyyət” mövzusunda keçirilən ümumrespublika konfransı 8 Mart -Beynəlxalq Qadınlar Gününə həsr olunub.

Milli Məclis deputatlarının, müvafiq qurumların nümayəndələrinin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Əhməd Saniç həyatda, cəmiyyətdə qadınların rolundan danışıb və əlamətdar gün münasibətilə xoş arzularını dilə gətirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq, Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Azərbaycan qadınlarının keçdiyi şərəfli inkişaf yolundan söz acıb.

H.Hüseynova ulu öndər Heydər Əliyevin qadınların inkişafına və təhsilinə daim xüsusi önəm verdiyini, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini diqqətə çatdırıb.

Ölkəmizdə dövlət qadın siyasətinin əhəmiyyətini qeyd edən H.Hüseynova, eyni zamanda AQUPDK-nun fəaliyyətindən bəhs edib.

Təhsil nazirinin müavini Qulu Novruzov qadınlara göstərilən dövlət qayğısından, cəmiyyətdə onların fəaliyyətindən danışıb.

Tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib.

Mirvari Kamilqızı
Gün.Az

http://gun.az/latest/66080

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq