Qafqaz Universiteti ilə Türkiyənin Muğla Sıtkı Kocman və Rizə Rəcəb Tayyib Ərdoğan universitetləri arasında anlaşma memorandumu imzalanmışdır

Bakı, 16 noyabr (AzərTAc). Qafqaz Universiteti ilə Türkiyənin Muğla Sıtkı Kocman və Rizə Rəcəb Tayyib Ərdoğan universitetləri arasında anlaşma memorandumu imzalanmışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali məktəbdə keçirilən imzalanma mərasimində təhsil müəssisəsinin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışmışdır.
Rektor ulu öndər Heydər Əliyevin və böyük şəxsiyyət Mustafa Kamal Atatürkün təhsilə daim xüsusi önəm verdiklərini xatırlatmışdır.
Professor Ə.Saniç müasir dünyada təhsilin önəmli rolunu da diqqətə çatdırmışdır.
Türkiyənin Muğla Sıtkı Kocman Universitetinin rektoru, professor Mansur Harmandar, Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru, professor Arif Yılmaz təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs etmişlər.
Sonra Anlaşma Memorandumu imzalanmışdır.
Sənədi professorlar Ə.Saniç, M.Harmandar və Arif Yılmaz imzalamışlar.
Memorandumda universitetlər arasında elm və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi, tələbə-müəllim heyəti mübadiləsi və s. məsələlər nəzərdə tutulmuşdur.
http://www.azertag.gov.az/node/1024818

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq