Kafkas İlköğretim Məktəbində Ebru sərgisi nümayiş etdirilib



 Bu günlərdə Kafkas İlköğretim Okulunda məktəbin 8-ci sinif şagirdlərindən ibarət Ebru kursunun dinləyicilərinin Battal Ebru növü üzrə əsərləri nümayiş etdirilib. 

Əsərləri nümayiş etdirilən şagirdlərin dediyinə görə bu əsərlərin arayaərsəyə gəlməsi üçün 2 ay çalışıblar. 

Bu işi çox həvəslə gördüklərini bildirən məktəblilər, rənglərin suyun üzərində rəqs etməsindən, bunun nəticəsində əmələ gələn müxtəlif naxışların gözəlliyindən xüsusi zövq aldıqlarını söyləyiblər. 

Ebru sənətinin özünəməxsus gözəlliyi ilə bərabər onların əhvalruhiyyələrinə yaxşı təsir etdiyini deyiblər. 

Sərgidə Azərbaycan-Türkiyə özəl liseyləri baş idarəsinin rəis müavini Ayhan Sipahi, Kafkas İlköğretim Okulunun müdiri İlhami Atmaca, məktəbin müəllim və şagirdləri iştirak ediblər.   
 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

Beraber yürüdük biz bu yollarda...

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq